Rayonda itkin düşən qızlar GÖRÜN HARADA TAPILDI

20.06.2020 10:22
19561

Masallı rayonunda itkin düşdüyü bildirilən 3 yeniyetmə qız tapılıb.

AZSABAH.COM xəbər verir ki, ötən gün axşam saatlarında Masallı rayonunun Şərəfə kəndinə qonaq gələn və itkin düşdüyü ehtimal olunan 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızı, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızı və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızı tapılıblar.

Belə ki, qızlar Bakıya qayıdarkən postların birində yük avtomobilində aşkarlanaraq valideynlərinə təhvil verilib. Kənd sakinlərinin bildirdiyinə görə, qızlar yola çıxaraq evlərinə qayıtmaq üçün Bakı istiqamətinə gedən bir “Kamaz” markalı maşına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən saxlanılıb.

Qeyd edək ki, dünən qızların itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng edilmişdi.

Bu hadisə ilə bağlı ilkin xəbəri cənub.az internet qəzeti yaymışdı.(“Report”)

Loading...

close
close