Ramiz Novruzun qızının ŞOK VİDEOSU YAYILDI - GÖRÜN NƏLƏR DEYİR

14.04.2023 10:47
6587
6438f8a86c9bf202304235432

Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz bir neçə gün öncə atasının ölümündən sonra özünü cəzalandırdığını bildirib. 

Bu barədə danışan Ş.Novruz hətta özünə qəsd etmək belə istədiyini, lakin bunu bacarmadığını etiraf edib. O, özünü günahlandırdığı üçün küt qayçı ilə saçlarını dibindən kəsdiyini bildirib. Daha sonra stilist ustaya saçını kəsdirdiyi görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

Ş.Novruz bu görüntülərə görə bəzi izləyiciləri tərəfindən tənqid edilib.

AZSABAH.COM Yenisabah.az-a istinadən xəbər verir ki, o, bu tənqidlərə canlı yayımda sərt cavab verib və izləyicilərini aşağılayıb:

“Yazırlar ki, dünən saçını kəsməyini paylaşdı, bu gün isə artıq pozalar verir, imic yaradır. Bu imicdən Allah sizə də qismət etsin! Bu saç stili mənim həmişə güldüyüm, heç bəyənmədiyim stil idi. Hələ arsız-arsız “refle” də etdirmişəm ki, bəlkə bir az adama oxşayaram. İnşallah, bu imicdən sizə də qismət olsun! Sizin üçün nə fərqi var ki, sizin atanız ölsə, nə fərqi var, ölmədi nə fərqi var...

Sizin atanız Ramiz Novruz deyil ki. Sizin atanız o cür gözəl, hörmətli insan deyil ki. Mən bu sözləri ruhsuz-ruhsuz şərh yazanlara aid edirəm.

Əvvəla, məndə nə yalançılıq, nə sünilik, nə artistlik yoxdur. Düzdür, artist balasıyam, artistliyi də gözəl bacarıram, amma belə mövzularda yox.  Sizdən qormaq borcum yoxdur, nəyinizdən qorxacam ki”.