Ramiz Novruzun nəvəsi çaxırı içib başına tökdü – VİDEO

24.01.2024 10:19
953
65b0ac1da6489202401242013

Mərhum Xalq artisti Ramiz Novruzun nəvəsi Ayan Şəfəq yeni trendə qoşulub.

Azsabah.com xəbər verir ki, vizajist yağışın altında, nazik geyimdə şərab içib.

Daha sonra şərabı başından aşağı töküb.

O, həyatı boyu heç vaxt spirtli içki içmədiyini də qeyd edib:

“Bu yaşıma qədər heç vaxt içki içməmişəm. İyi belə mənə pis təsir edir. Bu soyuqda belə bir video ağlıma batdı və etdim. Elə belə… Videosa isə üşümürəm. Səhnə arxası məni o qədər güldürür ki, özümü güclə ciddi saxlayıram”.

Ayan Şəfəqin bu paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb, bir çox sosial şəbəkə istifadəçisi bu hərəkəti ona yaraşdırmayaraq vizajisti qınayıb. /reportyor.info