Ramiz Mehdiyev Qarabağda Azərbaycan ordusu məğlub olsun deyə GÖRÜN NƏLƏR EDİB - SENSASİYALI DETALLAR

18.05.2022 08:34
11626

İki mühüm amilə diqqət edək:

 

- 2014-cü il avqust ayının 1-dən 3-nə qədər Azərbaycanla Ermənistan arasında avqust döyüşləri baş verdi. Bu döyüşlər itkilərin sayına və əhatə dairəsinə görə 1994-cü il atəşkəs müqaviləsindən sonra ən böyük toqquşma idi.

 

- 2014-cü il avqust ayının 29-da Ramiz Mehdiyev kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş keçirdi. R.Mehdiyev Azərbaycan mediasına belə bir qadağa qoyur: "Ordudan yazmaq olmaz!". Mehdiyevin bu istiqamətdəki xəbərdarlıqları sərt başlıqlarla mediada da yer almışdı.

 

1. Ramiz Mehdiyev başa düşürdü ki, Prezident İlham Əliyev torpaqların işğaldan azad edilməsi üçün gec-tez addım atacaq. O, anlayırdı ki, Prezident İ.Əliyevin peşəkar ordunun formalaşdırılması və ordunun ən müasir silahlarla təmin edilməsi istiqamətində atdığı  addımlar strateji hədəfə - Qarabağın azad edilməsinə hesablanıb.

 

2. R.Mehdiyev 2016-cı il aprel döyüşlərindən sonra baş verən "Tərtər cinayətləri" ilə Prezident İ.Əliyevi mövqeyindən (Qarabağı azad etmək) çəkindirmək istəyirdi. Bu cinayətlərin mayasında Azərbaycan ordusuna inamsızlıq və etimadsızlıq yaratmaq niyyəti dayanırdı.

 

O, Dövlət başçısına belə bir mesaj verirdi ki, "Azərbaycan ordusu xəyanət içindədir, hərbi heyət zəifdir, peşəkarlıq aşağı səviyyədədir və belə bir ordu ilə müharibə etmək olmaz...".

"Tərtər hadisələri" də Prezidenti mövqeyindən - Qarabağın azad edilməsi üçün atdığı strateji addımlardan çəkindirmək məqsədi daşıyırdı. Məqsəd reallaşmadı və İ.Əliyevin komandanlığı altında torpaqlarımız işğaldan azad edildi. R.Mehdiyev Prezidentə mane ola bilmədi.

 

Düşünürəm ki, aprel döyüşlərinə və ondan sonra baş verən hərbi cinayətlərə baxış daha çox R.Mehdiyev amilinə fokuslanmalıdır.

 

Bu adamın məqsədi nə idi ki, orduda baş verənlər ictimaiyyətdən gizlədilsin, media bu haqda yazmasın və dövləti də inandırsın ki, müharibə etmək olmaz...

 

Samir Feyruzov

Loading...