"Ramin Aygünün və onun evinin sirrini bilir - Maştağada..." - VİDEO

17.01.2024 15:51
343
65a7db565e73f202401245118

Əməkdar artist Qorxmaz Əlili ötən həftə uzun sürən xərçəng xəstəliyindən vəfat edən Aygün Bəylər ilə bağlı diqqət çəkən açıqlama verib.  


Azsabah.com bizim.media-ya istinadən xəbər verir ki, haqda aktyor ekspert kimi iştirak etdiyi "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb. 


Sənətçi bildirib ki, Əməkdar artist Aygün Bəylər  ölümündən əvvəl quranı öyrənib: 

"Aygün Bəylər ömrünün son 6 ilini onun prodüseri olan Ramin bəylə çalışıb. Səhərdən-axşama kimi Aygünün bütün işlərini Ramin görüb. Ramin bir sirr açdı. Maştağa kəndində onun üçün bir otaq ayırmışdılar. O otaq haqqında isə heç kim bilmirdi. Aygün orada öz musiqi instrumentlərini saxlayıbmış. "Mehribaniyyə" aratoriyasını Aygün məhz o otaqda yazıb. Aygün o aratoriyanın üzərində 6 il çalışıb.

Amma görüb ki, bu aratoriyanın sonu alınmır. O bir insandan xahiş edib ki, quranı öyrənmək üçün qadın molla tapsın. O, düşünüb ki, Allah vergi veribsə, nəsə çatmır, Allahın yanında günahkardır və bu aratoriyanı bitirə bilmir. Zaman da gedir və bu aratoriyanı bitirmək istəyir. Maştağada bir qadın molla ona 3-4 aya quranı öyrədir.

Ərəb dilini öyrənəndən sonra qayıdır həmin otağa və "Mehribaniyyə" aratoriyasını yazıb, tam bitirir. Həmin aratoriyanı isə Aygün Bəylər ölümündən əvvəl dekabrın 26-da Heydər Əliyev Sarayında verdiyi "Yaxşı ki, varsan" adlı canlı solo konsertdə ifa edib. Ramin Aygünün və onun evinin sirrini bilir. Türkiyənin paxtaxtı Ankara şəhərində xəstəxanada Raminin qucağında vəsiyyətini edərək, dünyasını dəyişib. Allah Aygün Bəylərə rəhmət eləsin".