Ramazanın 4-cü gününün duası: İmsak və iftar vaxtı

17.04.2021 04:07
2949

Bu gün Ramazan ayının dördüncü günüdür.

AZSABAH.COM xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda aprelin 17-də imsak saat 04:24-də, iftar isə saat 19:36-dadır.

Ramazan ayının 4-cü gününün duası: "Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin".

Tərcüməsi: "İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!"

Allah orucunuzu qəbul etsin!


Loading...