Ramazanda bunu edirsinizsə... - Doğru bilinən ən böyük YALNIŞ

12.03.2024 08:12
303
65efd67618e3e202403241342

Məlum olduğu kimi, müqəddəs Ramazan ayı bu gündən ölkəmizə qədəm qoyub. Həmişə olduğu kimi Ramazan ayı yenə özü ilə çoxsaylı suallar gətirib.

Azsabah.com bildirir ki, ilahiyyatçı Elşad Miri bu barədə "Yeni Sabah"a danışıb. 

Bildirib ki, insanlar Ramazan ayı ilə bağlı bəzi səhv düşüncələrə qapıla bilərlər: 

"Ramazan ayı ərzində edilən ən böyük səhv bu müddəti sahur və iftarla əlaqələndirməkdir. Ramazan Quran ayıdır. Allah Qurani-Kərimin bu ayda yerə nazil olduğunu bildirib. Ona görə də biz Ramazanı məhz Quran ayı elan etməliyik. Quran kursu kimi yazılıb, onu düzgün formada həyata keçirməliyik. Çünki bu elə ən doğrusudur". 

İlahiyyatçı orucu pozan amillərdən də söz açıb:

"Orucu pozan 3 əsas amil var. Yemək, içmək, cinsi münasibət bu amillərdir. Çimmək, diş fırçalamaq və s. bunların orucu pozması haqda deyilənlər yalnış bilinən məsələlərdir. Digər yalnış isə, Ramazan ayını dieta ayı kimi qəbul edirlər. Bu yanaşma çox səhvdir". 

Elşad Miri həmçinin, sahura qalxmağın vacib olduğunu vurğulayıb:

"Oruc tutan şəxslərin sahura qalxması daha məqsədə uyğundur.  Çünki buna əməl etməmək zərərli ola bilər. Həkimlər də həmin məsələ barədə xəbərdarlıq edirlər ki, sahura qalxmamaq insan orqanizmi üçün risklidir".