Rafiq Manaflı da İSTEFA VERDİ - Daha bir ŞOK

16.05.2020 01:01
558

Milli Şurada daha bir istefa baş verib.

AzSABAH.COM xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefaya gedib.

O, istefası ilə bağlı bunları qeyd edib: "Dostlar, bir daha deyirəm. Milli Şura bu hakimiyyətlə mübarizənin yeganə səngəridir. Milli Şurada təmsil olunan dostlarımla bu neçə ildə birgə fəaliyyətimdən qurur duyuram.

Amma bu son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm. Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm.
Xüsusi olaraq qeyd etmək istəyirəm, bu mövzuda hansısa suallarla mənə müraciət edilməsin, açıqlama verməyəcəyəm".


Loading...

close
close