Rafael yeni bayraq altında ilk döyüşündə NOKAUTLA QƏLƏBƏ QAZANDI - ANBAAN VİDEO

10.07.2022 11:17
312
photo_69317311

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC-də növbəti qələbəsini qazanıb.

AZSABAH.COM xəbər verir ki, 29 yaşlı idmançı ilk dəfə olaraq Azərbaycan bayrağı altında çıxış edib.

Onun rəqibi braziliyalı adaşı Rafael Dos Anjos olub.

R.Fiziyev onu 5-ci raundda nokautla məğlub edib.

Bu Rafaelin UFC-də 6-cı qələbəsidir.

Döyüşdən sonra R.Fiziyev burnunun sındığı haqda paylaşım edib.

“Mənim burnum sındı. Lakin həkim yanına cibimdə 50 min dollarla gedəcəyəm”, - deyə döyüşçü bildirib.