Qurban Yetirmişlidən güclü zəlzələ ilə bağlı AÇIQLAMA: "Dərinliyi…”

19.01.2024 22:55
794
65aac61d8734c202401245733

"İnsanlar panikaya düşməsinlər, gedib rahat yatsınlar".

Bu sözləri azsabah.com-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. O qeyd edib ki, zəlzələ paytaxt Bakıda hiss olunmayıb:

"Zəlzələ Saatlı-Şirvan arasında hiss olunub.Dərinliyi çox olsa da, qorxulu bir şey yoxdur. İnsanlar maqnitudanın 5.1 bal gücündə olmasına görə qorxmasınlar. Bakıda külək olanda da otuzuncu mərtəbədəkilər hiss edir. Mən özüm zəlzələni hiss etmədim. İnsanlar panikaya düşməsinlər, gedib rahat yatsınlar".