Qurban Qurbanova sual verildi, gözləridoldu – TƏSİRLİ ANLARIN VİDEOsu

23.02.2024 08:31
391
65d81fc87ff32202402243208

“Ürəyimdə çox şey var.

Bu insanların sevincinə çox sevinirəm, hər birinə təşəkkür edirəm.

Bu gün futbolçular böyük xarakter göstərdilər. Hiss edirdim ki, bu gün meydanda döyüşməliyik”. Azsabah.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Braqa”ya qalib gəldikləri oyundan sonra deyib.

«CBC Sport»un əməkdaşı Aidə Əliyevanın suallarını cavablandırarkən, onun gözləri dolub. Müsahibə zamanı bir neçə saniyəlik pauza yaranıb.

Çalışdırıcı özünü ələ alandan sonra sözlərinə davam edib.

“Başda cənab Prezident olmaqla qalib xalqıma təşəkkür edirəm. Futbolçularıma sonsuz təşəkkür edirəm ki, bu gün əsl azərbaycanlı kimi döyüşdülər” - Qurbanov əlavə edib.