Qurban Qurbanov “Qarabağ”dan AYRILIR? - Özü danışdı

“Qarabağ”dan ayrılmaq istəmirəm. 

Azsabah.com xəbər verir ki, bunu "Qarabağ" FK-nın baş məşqçisi Qurban Qurbanov həm özünə, həm də futbolçularına Avropa klublarının maraq göstərməsinə münasibət bildirərkən deyib. 

“Bu komanda mənə çox doğmadır. Klubuma çox bağlıyam və sadiqəm. “Qarabağ” haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə yaxından maraqlanırlar. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bu, bizim üçün müsbət haldır”, - o deyib.