Qurban Qurbanov ele bir hərəkət etdi ki... TƏQDİR OLUNDU

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qazandığı uğurlarla bərabər, həm də göstərdiyi səmimiyyətlə insanların sevgisini qazanmağı bacarıb.

Təcrübəli mütəxəssis bu dəfə, Premyer Liqanın 25-ci turunda "Neftçi" ilə baş tutan oyundan sonra atdığı addımla diqqətləri üzərinə çəkib.

Qurbanov "Neftçi Arena"nın dəhlizindən keçərək evə gedən zaman gözü fiziki qüsurlu bir azarkeşə sataşdı.

Və o an ayaq saxlayan çalışdırıcı geri qayıdıb, həmin fanata isti münasibət göstərib, nəvaziş edib.

Azarkeşin o an sevincini görməyə dəyərdi.

Yaxınları atdığı addımı görə Qurban Qurbanova bir xeyli təşəkkür ediblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz: