Qubadlıda şiddətli döyüşlər: ermənilər hücuma keçdi, 50 nəfər MƏHV EDİLDİ

25.10.2020 19:50
2

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik.


Loading...