QORXUNC HADISƏ: 4 NƏFƏR ÖLDÜ

22.09.2020 01:21
890

Rusiyanın Tümen şəhəri ərazisində çöl donuzu ağır yol qəzasına səbəb olub.

AZSABAH.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Kurqan-Tümen yolunun 141-ci km-də qeydə alınıb.

Qəza “Mitsubishi” və “Lada” markalı avtomobillərinin iştirakı ilə baş verib.

Yol polisinin ilkin məlumatlarına görə, sürücülərdən biri çöl donuzunu vurmamaq üçün qarşı zolağa çıxıb və nəticədə yol qəzası baş verib.

Ölən 4 nəfərin hamısı “Lada” markalı avtomobildə olub. Digər sürücü xəstəxanaya yerləşdirilib.(“Report”)

Loading...