"Qol vurandan sonra oğlumun tribunada məni axtarması..." - Nərimanın atası DANIŞDI

23.02.2024 13:50
495
65d86aa65ecde202402245134
“Qələbə qolundan sonra oğlumun tribunada məni axtarmasına bir ata olaraq çox duyğulandım”.
Azsabah.com xəbər verir ki, bu sözləri “azxeber”ə açıqlamasında “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin atası bildirib. Belə ki, dünən Avropa Liqasında həll edici qola imza atan 19 yaşlı futbolçu tribunada azarkeşlər arasında atasını axtarıb.

Əhməd Axundov oğlunun bu hərəkətinə münasibət bildirib:

“Onu tribunadan izləmək daha həyəcanlı idi. Tarixi qola imza atıb, özünün və klubunun adını tarixə yazdığı üçün ona təşəkkür edirəm. Duyğuların pik həddə çatdığı həmin anları söz ilə ifadə etmək çətindir. Həmin anda onun yanında olduğumu hiss etməsi və qələbə qolundan sonra məni tribunada axtarması bir ata olaraq məni çox duyğulandırdı”.