Qobuda it dişləyən doqquz yaşlı oğlanla bağlı ŞAD XƏBƏR

Qobuda it dişləyən doqquz yaşlı oğlan bu gün reanimasiyadan palataya köçürülüb.

Azsabah.com BAKU.WS-a istinadən xəbər verir ki, bu barədə report-a cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir".

Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.

BAKU.WS