“Qırmızı Körpü”də gözləyən avtomobillərin sayı AÇIQLANDI

17.12.2023 20:49
399
657f2725ae9ec202312235149

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1017 avtomobil gözləyir.

Bu barədə AZSABAH.COM Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 78, “Biləsuvar” gömrük postunda 60, “Mazımqara” gömrük postunda 25, “Samur” gömrük postunda 20 və “Xanoba” gömrük postunda 16 yük maşını var.

AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır