Qeyri-sabit hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA: QAR, LEYSAN...

29.10.2022 13:04
3968
Qar
Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, Qrızda qar yağıb.

AZSABAH.COM-a bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 57.0 mm, Astarada 25.0 mm, Altıağacda 20.0 mm, Lerikdə 18.0 mm, Yardımlıda 17.0 mm, Qəbələdə 15.0 mm, Göytəpə, Xaltanda 10.0 mm, İsmayıllıda 9.0 mm, Şabranda 7.0 mm, Qobustanda 6.0 mm, Şamaxıda 5.0 mm, Neftçala, Salyan, Quba, Oğuzda 4.0 mm, İmişli, Sabirabad, Biləsuvar, Qusarda 3.0 mm, Ağsu, Cəfərxan, Qrızda 2.0 mm, Ordubad, Ağdam, Şəki, Tərtər, Xaçmaz, Beyləqanda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 2.0 mm, Maştağada 1.0 mm-dək olub.

Şimal-qərb küləyi Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək. 30-u gündüz, 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.