Qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: Qar gəlir, ölkə ərazisində...

19.10.2022 18:47
4041
Qar
Oktyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq 23-dək ölkə ərazisındə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

AZSABAH.COM xəbər verir ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi 20-si axşamdan 22-dək 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.