Qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ - LEYSAN, QAR GƏLİR

28.10.2022 15:43
4873
Qar
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

AZSABAH.COM-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Oktyabrın 28-i axşam şimal və qərb rayonlarından başlayaraq 30-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.