Qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: SABAH ÖLKƏ ƏRAZİSİNDƏ...

22.11.2022 15:22
13213
Hava
Bakıda və Abşeron yarımadasında noyabrın 23-ü gün ərzində şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

AZSABAH.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin küləkli hava şəraiti ilə bağlı yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında da noyabrın 23-ü gün ərazində bəzi yerlərdə qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.