Qeyri-sabit hava şəraiti ilə nazirlikdən bağlı MÜHÜM AÇIQLAMA: QAR, KÜLƏK...

13.02.2023 18:32
14701
Qar
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 13-ü saat 17:00-a olan məlumatına əsasən, Zaqatala, Şəki, Balakəndə qar yağır.

AZSABAH.COM-a xidmətdən verilən xəbərə görə, Şimal-qərb küləyi arabir Zaqatalada 25 m/s, Balakəndə 24 m/s, Naftalan, Qobustan, Şəkidə 22 m/s, Daşkəsəndə 20 m/s, Ceyrançöl, Tovuz, Gəncədə 18 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.