Qeyri-sabit hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA: BU TARİXƏDƏK...

02.04.2023 12:35
7083
Yagis

Müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 02-si gündüzdən tədricən kəsiləcək, 03-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

AZSABAH.COM-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.