QƏRAR VERİLDİ - Dərslər BU TARİXDƏ BAŞLAYACAQ

03.07.2020 19:55
798

Türkiyədə tədris ilinin nə zaman başlanılması ilə bağlı qərar verilib.

AZSABAH.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cengiz Mete bildirib.

Onun sözlərinə görə, 2020/2021 tədris ili avqustun 31-dən başlayacaq.  

C.Mete Türkiyə Səhiyyə Nazirliyi nəzdində yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərən Elm Qurumunun tövsiyələri nəzərə alınmaqla, Təhsil Nazirliyinim belə bir qərar verdiyini vurğulayıb.

O, artıq bununla bağlı Türkiyənin 81 vilayətinə bildiriş göndərildiyini deyib.

Loading...

close
close