Qəbələdə uşaq və heyvan sürüsü bataqlığa düşdü - Köməksiz qalıb

31.05.2020 10:35
116

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

AzSABAH.COM Nazirliyin saytına istinadən xəbər verir ki, Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Loading...

close
close