Qazın qiyməti KƏSKİN UCUZLAŞDI

18.10.2022 11:30
4513
Qaz

Avropada təbii qazın qiyməti iyunun 15-dən bəri ilk dəfə 1000 kubmetr üçün, təxminən, 1200 ABŞ dollarına düşüb.

AZSABAH.COM bu barədə Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) “mavi yanacağ”ın noyabr fyuçerslərinin qiyməti 7 %-dən çox azalaraq 1000 kubmetr üçün 1202 dollara düşüb.

Buna səbəb Avropa İttifaqında təbii qaz ehtiyatlarının maksimuma yaxınlaşması, regionda havanın nisbətən isti keçməsi və elektrik enerjisi istehsalında külək enerjisinin payının əhəmiyyətli dərəcədə artmasıdır.(“Report”)