Qazaxıstanda ÇALXALANIR, çox sayda ölən var, minlərlə şəxs... - ÖLKƏDƏ DƏHŞƏT YAŞANIR

07.01.2022 14:13
283
photo_27136520

Qazaxıstanın Almatı şəhərinin mərkəzində atışma davam edir. 

AZSABAH.COM xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Atışmada ölənlərin olduğu bildirilir.

“Sputnik Kazakhstan”ın hadisə yerində olan müxbiri xəbər verir ki, Almatıdakı Respublika meydanında vaxtaşırı pulemyot partlayış səsləri eşidilir. Məlumata görə, təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı hazırda davam edir.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstanda antiterror əməliyyatları silahlılar tamamilə məhv edilənə qədər davam edəcək.

Bundan əlavə Qazaxıstanın rəhbər şəxsləri bütün ölkə üzrə vəziyyətin normallaşdığını bildirsələr də, yenidən bir sıra məhdudiyyətlər tətbiq olunmağa başlanıb. Bir neçə saat fasilələrlə internetin verilməsi bərpa olunsa da, hazırda yenidən bütün ölkə üzrə internet kəsilib. Almatı hava limanı da yerli saatla 21:00-a qədər işləməyəcək.

Aktauda isə natiqlər meydanlara gəlib aksiya iştirakçıları ilə danışıqlar aparırlar. Onlar insanlara həyatın normal axara qayıtması üçün dağılışmağı xahiş edirlər.

Məlumata görə, çox sayda ölən və yaralanan var. Minlərlə səxsin isə həbsə atıldığı bildirilir.

***

Almatı şəhərinin mərkəzində yenidən atışmalar başlayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinin bölgədəki müxbiri məlumat verib.

Bildirilir ki, şəhərinin mərkəzi meydanında başlayan atışma hazırda intensiv olmaqla davam edir.