Azərbaycan əhalisinə qaz limiti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR: YENİDƏN BAXILA BİLƏR - Deputat ELAN ETDİ

26.01.2023 15:48
4940
Qaz
Qaz istehsalçıları ilə bağlı fikir mübadiləsi aparaq.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Nəsib Məhəməliyev bildirib.

“Soyuq qış günlərində bizə insanlar tərəfindən qaz limitləri ilə bağlı müraciətlər çox olur, dekabr-yanvar ayları ərzində limit tükənir. Problemi görməmək problemin həlli demək deyil. Bu məsələni yaz sessiyasında iş planına daxil etsək, yaxşı olar”, - deyə Nəsib Məhəməliyev əlavə edib.