Qardaş ölkədə DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ - Xeyli sayda ÖLÜ VƏ YARALI VAR

03.07.2022 13:41
223
photo_60554200

Qardaş ölkə olan Pakistanda dəhşətli hadisə baş verib.

AZSABAH.COM xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusu dərəyə aşıb.

Nəticədə azı 19 nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisəyə səbəb yağış zamanı sürücünün idarəetməni itirməsi olub.

Yaralılar yerli xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.