Qaralovun yeni təyin etdiyi RƏİS İŞDƏN ÇIXARILDI

17.05.2020 10:59
1075
Yeni Baş prokuror Kamran Əliyev Zakir Qaralovin bir neçə ay əvvəl təyin etdiyi rəisi işdən çıxarıb. 

AzSABAH.COM xəbər verir ki, K.Əliyevin dünən imzaladığı əmrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Fərid Nağıyev vəzifəsindən azad olunub.

Həmin vəzifəyə İsayev Orxan Elşad oğlu təyin edilib.

İşdən çıxarılan rəis Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Bundan sonra Fərid Nağıyev qurumun İstintaq İdarəsinin rəis müavini vəzifəsini icra edəcək.(“BakuPost”)
Loading...