Qarabağımızı kiminlə, necə azad edəcəyik?! - Vətəndaşlara ÇAĞIRIŞ EDİLDİ

26.06.2020 14:43
678

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli maska taxmaq, habelə özlərinin, yaxınlarının, bir-birinin sağlamlığının qeydinə qalması, bu istiqamətdə verilən tövsiyələrə əməl edilməsi ilə bağlı vətəndaşlara çağırış edib. 


AZSABAH.COM xəbər verir ki. hazırda ölkə vətəndaşları üçün çox məsuliyyətli bir dövr olduğunu deyən C.Əzimbəyli bunları vurğulayıb: 
"Pandemiya başlanandan məni ən çox düşündürən bir məsələ olub ki, əgər biz özümüzü qorumasaq, öz sağlamlığımıza biganə qalmaqla ətrafımızdakıların sağlamlığını da təhlükəyə atacağıqsa, bəs Qarabağımızı kiminlə, necə azad edəcəyik?! Torpaqlarımızı işğaldan azad etmək üçün sağlam vətəndaş, möhkəm orqanizmə malik insanlarımız olmalıdır. Niyə biz bu vacib məsələni unuduruq? Koronavirus bu gün var, sabah yox olub gedəcək. Amma biz bu gün sağlamlığımızı düşünmürüksə, tələb olunan qaydalara riayət etmiriksə, sağlam vətəndaşlara sahib olmaq imkanlarımızı getdikcə itirəcəyik. Bizim Qarabağ boyda dərdimiz, faciəmiz, üzərimizə düşən şərəfli missiyamız var – torpaqlarımız azad etmək. Bunu düşünən hər bir vətəndaş sağlamlığının qayğısına qalmalı, hazırkı bəlalı mərhələdən az itki ilə çıxmağı qarşısına məqsəd qoymalıdır. Bunun da yolu qaydalara və karantin rejiminə riayət etməkdir. Şərqşünas və sınanmış Qarabağ Seyid Ocaqlarının rəhbəri kimi qeyd edirəm; bu gün qaydalara əməl etməyərək özünü, həmçinin ətrafındakıları yoluxma təhlükəsi ilə üz-üzə qoyanlar böyük günah sahibi hesab edilir. Çünki bu hərəkətləri ilə onlar vətəndaşlarımızın həm sağlamlığını təhlükəyə atır, həm də topraqlarımızın işğaldan azad edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməkdən məhrum edəcəklər. Ölkə boyu səyahətə çıxmaqla virusu yayılmasına səbəb olanlar da həmçinin günahkardır. Hər birimizə sağlam can lazımdır ki, düşmənlə üz-üzə dayana bilək".

Loading...

close
close