Qarabağdan DƏHŞƏTLİ XƏBƏR GƏLDİ: Hərbçilərimiz HƏLAK OLDU- FOTO

21.12.2022 13:20
6094
Esger
Füzulidə ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı təfərrüatlar məlum olub.

AZSABAH.COM Lent.az-a istinadən xəbər verir ki, qəzada dünyasını dəyişən hər iki şəxs, Araz Fazil oğlu Nazarov və sərnişini İlkin İmdadlı Azərbaycan Ordusunun zabitləri olub. Məlumata görə, A. Nəzərov kapitan, İlkin İmdadlı isə baş leytenant rütbəsini daşıyıblar.Həmçinin A.Nəzərovun Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovun qardaşı olduğu bildirilir. 38 yaşlı mərhum hərbçi ailəli olub, 2 övladı var. O, Vətən müharibəsi iştirakçısı idi, Qubadlının, Laçının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

O, doğulduğu Goranboy rayonu Qızılhacılı kəndində torpağa tapşırılacaq.