Qarabağdan ACI XƏBƏR GƏLDİ - DAHA BİR HƏRBÇİMİZ ŞƏHİD OLDU
06.03.2023 00:34
6091
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.
AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin", - məlumatda qeyd olunub.