Qarabağdakı mina təxribatının DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ: ÜRƏYİ ZƏİFLƏR BAXMASIN - FOTOLAR

19.09.2023 12:01
4780
650959682897c202309231848

Ermənilərin “Azəravtoyol” əməkdaşlarına qarşı mina terrorunun dəhşətli görüntüləri yayılıb.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, mina partlayışının gücündən “Hovo” markalı yük avtomobili tam yararsız vəziyyətə düşüb, avtomobildəki şəxslər həlak olub.

Qeyd edək ki, 19 sentyabr 2023-cü ildə saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.