Qarabağda yenidən dəhşətli müharibə BAŞLAYA BİLƏR - ŞOK AÇIQLAMA

26.04.2022 16:59
374
photo_92444486

"Ermənistan təxribatlarına davam edərsə, Azərbaycan müharibə və ondan sonrakı dövrdə həyata keçirdiyi fəaliyyətlərə davam edə bilər".

AZSABAH.COM xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Ermənistan bu dəfə də sülhdən qaçsa, Azərbaycan 9 noyabrda dayandırılan Vətən müharibəsini həmin nöqtədən yenidən ərazilər tam azad olunana qədər davam etdirə bilər:

"Əgər Ermənistan tərəfi birgə bəyanatın şərtlərində nəzərdə tutulan tələbləri yerinə yetirməzsə bu, Ermənistanın birgə bəyanatın yerinə yetirilməsinə zəmanət verən Rusiyanın öz öhdəliklərinə əməl etməməsi kimi dəyərləndiriləcək. Başqa sözlə desək, əgər üçtərəfli birgə bəyanatı imzalayan tərəflərdən ikisi (Rusiya və Ermənistan) öz öhdəliklərini yerinə yetirmirsə, bu zaman Azərbaycanın da öz öhdəliklərini yerinə yetirilməsi zərurəti tamamilə ortadan qalxır.

Başqa sözlə desək, Prezident İlham Əliyevin də verdiyi bəyanatlardan ("Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq" - red.) məlum olur ki, belə olan halda Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımaya bilər. Başqa sözlə desək, Azərbaycan da 9 noyabrda dayandırılan Vətən müharibəsini həmin nöqtədən yenidən ərazilər tam azad olunana qədər döyüş əməliyyatlarını davam etdirə bilər".