Qarabağda ŞOK GƏLİŞMƏ: ermənilər HƏRƏKƏTƏ KEÇDİ - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

15.02.2022 21:34
431
photo_32574456

"Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib".

AZSABAH.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", - məlumatda qeyd edilib.

***

Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.

AZSABAH.COM xəbər verir ki, bu, Müdafiə Nazirliyinin yaydığı digər məlumatda yer alıb.

"Erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört basdır etmək üçün növbəti təxribata əl atıb", - məlumatda deyilir.