Qarabağda nə baş verir? - Dünən günortadan bu gün səhərədək... - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

04.09.2022 12:34
6733
Ateskes

Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub.

AZSABAH.COM-a bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.