Qarabağda müharibə olarsa, KTMT təcavüzkarı... - Kuznetsovdan İRƏVANA ŞOK

24.09.2020 00:05
2239

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır.

AZSABAH.COM xəbər verir ki, bunu rusiyalı tarixçi və analitik Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, Ermənistan təcavüzkar dövlət olaraq beynəlxalq hüquq normalarına əməl etmir, ona görə bu ölkənin hansısa beynəlxalq öhdəliyi pozması barədə danışmaq mümkün deyil:

“Ermənistanın Dağlıq Qarabağdakı bütün addımları beynəlxalq hüquqdan, qanundan, mənəviyyatdan kənardır, ona görə Ermənistana münasibətdə hansısa beynəlxalq standartları və qaydaları tətbiq etməyi dayandırmağın vaxtı çatıb. Öz hərəkətləri ilə Ermənistan özünü qanundan kənarda qoyub”.

Ermənistanın münaqişə çərçivəsində hərbi əməliyyatlara KTMT-ni cəlb etmək cəhdlərini şərh edən O.Kuznetsov bildirib ki, hərbi-siyasi alyansın heç bir üzvü təcavüzkarı dəstəkləmək arzusunda deyil:

“Əgər kimsə bunu gizli şəkildə edirsə belə, bu, gec-tez üzə çıxacaq. Mən tam əminəm ki, KTMT-nin heç bir üzvü, hətta Rusiya da Ermənistanı Qarabağa görə Azərbaycanla açıq müharibədə dəstəkləməyəcək”.(Trend)

Loading...

close
close