Ermənilər yenidən hücuma keçdi, şiddətli döyüşlər davam edir - MN TƏCİLİ AÇIQLAMA YAYDI

14.09.2022 13:09
6137
Muharibe

Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir: "Əməliyyat şəraiti ordumuzun nəzarətindədir".