Qarabağda bu tarixdə kəskin döyüşlər başlayacaq, çox sayda ölən olacaq, bu kəndlər... - ŞOK XƏBƏR ELAN OLUNDU

13.12.2021 16:46
0

Dekabrın 15-dən sonra sərhəddə atışmalar kəskinləşəcək.

AZSABAH.COM Publika.az-a istinadən xəbər verir ki, bu barədə Qarabağdakı separatçı-terrorçu rejimin keçmiş qondarma “fövqəladə hallar naziri” Boris Avaqyan deyib.

Onun sözlərinə görə, bu, Paşinyan və “dostları” tərəfindən planlaşdırılan prosesdir: “Atışmalarda ölənlər və yaralananlar olacaq. Bundan sonra Paşinyan parlamentdə çıxış edəcək, Tavuşun 6 kəndinin (burada Qazaxın işğal altındakı 7 kəndi nəzərdə tutulur) təhvil verilməsini səsverməyə çıxaracaqlar və qaytaracaqlar. Ondan sonra Paşinyan xalqa deyəcək ki, bütün günah ruslardadır, onlar buna məcbur edir”.

Qeyd edək ki, dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərliyi arasında Brüssel görüşü keçiriləcək.

Loading...