Qarabağ Seyid Ocaqlarından etiraz: “Bu ancaq vandilizm aktıdır”

05.08.2022 16:12
247
Seyid camal

“Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması vandalizm hərəkətidir”. 

AZSABAH.COM-a bu fikirləri Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib. Onun sözlərinə görə, səfirliyimizə hücum edənlərin din adına çağrışlar etməsi isə heç bir halda qəbul olunmazdır: “Şəhidlərimizin qanından var olan, üzərində İslamın rəngi olan müqəddəs bayrağımızı təhqir edən təkfirçi basqınçılara dövlətini sevən hər bir azərbaycanlı qəzəb və hiddətlidir. Bunu edənlərin İslam adına heç bir aidiyyatı yoxdur və ancaq vandalizm aktıdır. 

Bu gün Azərbaycanda İslam abidələrinin və ənənələrinin qorunduğu bütün dünyaya bəllidir. Heç şübhəsiz ki, Peyğəmbər və Əhli-Beyt irsinin əsl təəssübkeşi də müzəffər Ali Baş Komandan İlham Əlyevdir.  

Uca Allah xalqımızın və dövlətimizin düşmənlərinə bir an belə fürsət verməsin!”