Qarabag FK

"Qarabağ" öz evində məğlub oldu - Qollar / VİDEO

03 Oktyabr 2024
300

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçı başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Olavio Juninyo açıb.

Lakin rəqibin heyətində Erik Botheym 19-cu və 47-ci dəqiqələrdə dubla imza ataraq komandasına qələbə qazandırıb.

“Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.