"Qarabağ"ın rəqibi bəlli oldu - Bu klubla qarşılaşacaq

23.02.2024 15:58
468
65d888757f4bb202402245845
UEFA Avropa Liqasının 1\8 final mərhələsinin püşkatma mərasimi keçirilir. 

Azsabah.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi bəlli olub.Ağdam klubu növbəti mərhələdə Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq.

“Qarabağ” bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

Qeyd edək ki, 1/8 mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.