“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

18.09.2020 16:56
717

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti potensial rəqibləri müəyyənləşib.

AZSABAH.COM xəbər verir ki, Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offunda mübarizə aparacaq.

Ağdam təmsilçisi III təsnifat mərhələsində üz-üzə gələcək “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə görüşəcək. “Qarabağ”ın potensial rəqibləri sentyabrın 24-də qarşılaşacaq.

Pley-offun qarşılaşmaları isə oktyabrın 1-də təşkil olunacaq. “Qarabağ” bir oyundan ibarət mərhələnin matçını səfərdə keçirəcək.

Qeyd edək ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasında “Sileks”i (Şimali Makedoniya) 4:0, “Şerif”i (Moldova) 2:1 hesabı ilə məğlub edib, “Molde”yə (Norveç) qolsuz bitən görüşün penaltilər seriyasında uduzub – 5:6.

Loading...

close
close