"Qarabağ"ın iki futbolçusu arasında mübahisə düşdü: "Sən kimsən ki…"

17.03.2024 14:47
329
65f6ca3109f42202403244713

"Qarabağ"ın iki futbolçusu arasında mübahisə yaranıb.

Hadisə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Bakıda "Bayer"lə keçrilən matçdan (2:2) sonra baş verib.

Belə ki, Bəhlul Mustafazadə və Marko Yankoviç meydanda yaşananlarla bağlı ciddi mübahisə edib. Monteneqrolu yarımmüdafiəçinin komanda yoldaşlarına qarşı aqressiv fikirləri yekunda müdafiəçini özündən çıxarıb.

O, paltardəyişmə otağında balkanlı legionerə yüksək səslə etiraz edib.

"Sən kimsən ki, hamıda səhv axtarırsan? Yerini və həddini bil! Burada ağalıq edə bilməzsən. Özünü hamıdan üstün tutma".