“Qarabağ” - “Bayer” matçında dördüncü qol vuruldu – OYUN BİTTİ

07.03.2024 23:40
366
65ea170a8e550202403243538
“Bayer” 90+2-də hesabı bərabərləşdirdi. 

***
Qonaqlar hesab arasındakı fərqi azaltdı. 69-cu dəqiqədə Virtz fərqləndi.

***
İkinci hissə başladı.

***
45+2-də “Qarabağ” ikinci qolu vurdu. Bu dəfə Juninyo fərqləndi. Birinci hissə başa çatdı.

***
“Qarabağ” önə keçdi. Qolu 25-ci dəqiqədə Benzia vurdu.

***
Görüş başladı.

***20:53
Bu gün Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Bayer 04” klubunun start heyətləri açıqlanıb.
Azsabah.com  xəbər verir ki, 21:45-də başlayacaq matça komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 27. Toral Bayramov, 6. Patrik Andrade
“Bayer 04”: Kovar, Alexandro Qrimaldo, Tapsoba, Conatan Tah, Kassunu, Adli, Andrix, Palasios, Tella, Borxa İqlesias, Hlojek.