Qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

03.02.2024 16:56
1116
65be381161fb8202402245649

Bakıda və Abşeron yarımadasında fevralın 5-i gündüzdən 06-sı səhərədək cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 06-sı gündüz isə qısamüddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var.

Fevralın 4-ü gündüz və 5-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 06-da isə bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.