QANDONDURAN OLAY: silahlı basqın edildi, bir ailənin 7 üzvü GÜLLƏLƏNDİ - VİDEO

30.07.2021 23:07
6843

Türkiyənin Konya vilayətində dəhşətli qətl hadisəsi baş verib.

Publika.az "Haberler"e istinadla xəbər verir ki, hadisə Meram rayonunda baş verib.

Məlumata görə, Hasanköy məhəlləsi, Özşahin küçəsindəki evlərin birinə edilən silahlı hücum nəticəsində bir ailənin 7 üzvü qətlə yetirilib. Bu azmış kimi, qatillər ailəyə məxsus evə də od vurublar.

Hadisə yerinə təhlükəsizlik və yanğından mühafizə qüvvələri cəlb edilib.

Araşdırma nəticəsində qətlə yetirilən ailə üzvlərinin adları məlum olub:

1. Yaşar Dədeoğlu

2. Barış Dədeoğlu

3. Serpil Dədeoğlu

4. Serap Dədeoğlu

5. İpek Dədeoğlu

6. Metin Dədeoğlu

7. İpek Dədeoğlu

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

Loading...