Qan donduran ADƏTLƏR - Ölmüş adamla evlənirlər

13.03.2024 09:00
244
65f132e891748202403240024

Dünyada çoxlu qəribə evlilik adətləri var. Ağacla, pişiklə, karusellə, işıqforla, kuklayla, hətta özü ilə evlənənlər olur. Lakin bütün bunlar Çindəki qan donduran bir ənənənin yanında toya getməlidir.

3 min ildir davam edən və “Kabus toyu” adı verilən bu adət ölənlərin o biri dünyada tək qalmamasına, tək qalıb bu dünyadakılara zərər verməməsinə hesablanıb. Deyilənə görə, məşhur Çin filosofu Konfutsi də kabus evliliyinin “qurbanlarından” biri olub.

Çin inancına görə, "Kabus toyu" uşaqları ölmüş ailələrlə xoşbəxt ailələr arasındakı balansı qorumağa kömək edir, ailələri gələcəkdə baş verəcək bədbəxtliklərdən qoruyurdu. Həmçinin, ölü evləndirilməzsə, o bu dünyadakı dul adamlara “musallat olacaq” düşüncəsi də var idi. Bu adətə Çinin bəzi bölgələrində yenə qorunur.

İş o həddə çatdı ki, evlənmək üçün ölü tapmaq çətinləşəndə, məzar soyanlar ortaya çıxıblar. Onlar ölənlərin sümüyünü satmağa başlayıblar. Xoşbəxtlik üçün ölü ilə evlənmək istəyənlər və ölü sümüyü almaq istəyənlər növbə gözləməli olublar. Çünki bir ölü yalnız bir dəfə evlənə bilərdi. Ona görə “subay” ölü tapmaq (yəni sağlığında evli olmuş olsa belə, öləndən sonra sümükləri diri adamlarla evləndirilməmiş ölüyə subay ölü deyirdilər) müşkülə çevrilib.

Şanxay Universitetinin professoru Huanq Jungçunun dediyinə görə, Çinin bəzi əyalətlərində ölüylə evlənmək istəyənlə ölü qadının sümüklərinə 30 000-50 000 yuan (təxminən 12 min manat) verməyə hazırdırlar.

2006-cı ildə Çində məzar soymaq qanunla qadağan edilsə də, insanlar gələcək səadətləri naminə bir ölüylə nikaha girməyə, məzar soymağa can atırlar. Hətta vəziyyət o hala gəlib ki, sümük tapa bilməyənlər sağ adamları öldürüb onların cəsədi ilə evlənməyi çarə kimi fikirləşiblər. Son 20 ildə Çində bu səbəblə minlərlə qadın cinayəti baş verib. (lent.az)